Uşaq evində azyaşlını döyən müəllim işdən çıxarılıb

  18 Yanvar 2020    Oxunub : 3205
 Uşaq evində azyaşlını döyən müəllim işdən çıxarılıb
Bu gün bəzi elektron informasiya vasitələrində Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllim tərəfindən uşaqlardan birinin döyülməsi ilə bağlı məlumat və video görüntülər yayımlanıb.
Məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən Azvision.az -a verilən məlumata görə, İdarə tərəfindən Uşaq bağçaları və Uşaq evlərində sistematik olaraq reydlər və yoxlamalar aparılır, aşkar edilən faktlarla bağlı müvafiq tədbirlər görülür.

“Qeyd edilən hadisə ötən ilin dekabr ayında baş verib. Məsələni araşdıran komissiyanın qərarına əsasən dekabr ayında müəllimə Elnurə Qüdrət qızı Məmmədova bu və yol verdiyi digər nöqsanlara görə işdən azad olunub”.


Azvision.az

Teqlər: Uşaq   Məktəb