Keçmiş məhkumdan tapança götürülüb

  17 Yanvar 2020    Oxunub : 1537
Keçmiş məhkumdan tapança götürülüb
Gəncə şəhər Nizami Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş S.Həsənovdan “Makarov” markalı tapança, patron darağı, iki patron və bir bıçaq aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının apardıqları profilaktiki tədbirlər nəticəsində Naxçıvan şəhər sakini İ.Məmmədov tapdığı “TOZ-8” markalı tüfəngi könüllü olaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə təhvil verib.

Azvision.az

Teqlər: DİN