Qaradağda evdən 26 min manat oğurlanıb

Qaradağda evdən 26 min manat oğurlanıb
  16 Yanvar 2020    Oxunub:3654
Qaradağ rayonu ərazisindəki evlərin birindən külli miqdarda pul oğurlanıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-də rayon ərazisindəki evlərin birindən 26.758 manat, televizor və noutbuk oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakinləri D.İbayev, X.Hüseynov, əvvəllər məhkum olunmuşlar - B.Cabbarov və T.Həbiyev saxlanılıblar.

Ətraflarında aparılan tədbirlərlə onların rayon ərazisindəki 1 qarajdan 4 ədəd təkər, su mühərriki və velosiped oğurlamaları da müəyyən edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti