Piyadanı vurub qaçan sürücü tapıldı

Piyadanı vurub qaçan sürücü tapıldı
  15 Yanvar 2020    Oxunub:2918
Piyadanı vuraraq hadisə yerindən yayınan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ötən il dekabrın 29-da saat 23 radələrində Abşeron rayonu ərazisində müəyyən edilməmiş avtomobillə Sumqayıt şəhər sakini M.Hüseynov vurulub və o, xəsarətlə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış “VAZ-21074” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini T.Ağayev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti