Sumqayıt sakini borca görə mağazanı yandırmaq istədi

Sumqayıt sakini borca görə mağazanı yandırmaq istədi
  13 Yanvar 2020    Oxunub:3270
Sumqayıt sakini borcu olduğu mağazanı yandırmaq istəyib.
Azvision.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayon ərazisində baş verib.

Belə ki, Abbas adlı şəhər sakini mağazaya yaxınlaşaraq əlindəki benzinlə oranı yandıracağını bildirib. Şahidlərin sözlərinə görə, o, ətrafa benzin töküb. Bundan sonra obyektə od vurmaq istəyib. Lakin yaxınlıqda olan mağaza sahibi onun bu cəhdinin qarşısını alıb.

Hadisə ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə məlumat verilib. Əraziyə gələn post patrul xidmətinin əməkdaşları mağazanı yandırmaq istəyən şəxsi yerdə uzanmış vəziyyətdə aşkarlayıblar.

Məlum olub ki, o, məsuliyyətdən yayınmaq üçün özünü belə hala salıb. Saxlanılan şəxs Təcili Tibbi Yardım avtomobili ilə xəstəxanaya aparılaraq müayinədən keçirilib və daha sonra polis tərəfindən izahatı alınıb.

İlkin məlumata görə, Abbas adlı şəxsin mağaza sahibinə 4000 manat borcu var. O, borcunu qaytara bilmədiyindən çıxış yolunu mağazanı yandırmaqda görüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Sumqayıt   Mağaza  





Xəbər lenti