Bakı-Sumqayıt yolunda tanınmış güləşçi bıçaqlanıb

Bakı-Sumqayıt yolunda tanınmış güləşçi bıçaqlanıb
  08 Yanvar 2020    Oxunub:2747
Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, hadisə DİN-in Ekoloji Nəzarət Postunun ərazisində qeydə alınıb.

Belə ki, Qazax rayon sakini, 1984-cü il təvəllüdlü Məmmədov Nurlan Nazim oğlu dostu tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

Qeyd edək ki, N.Məmmədov Yunan Roma güləşi üzrə Azərbaycanı 69 kq çəki dərəcəsində təmsil edir.

Azvision.az



Teqlər: Abşeron   Güləş   Bıçaqlanma  





Xəbər lenti