Saxta içkidən ölümə görə bir nəfər tutulub

Saxta içkidən ölümə görə bir nəfər tutulub
  07 Yanvar 2020    Oxunub:1984
Yanvarın 2-də Bakı şəhər sakini Yusif Hüseynov dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib və orada ölüb. Araşdırmalarla onun spirtli içkidən ölməsi müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində spirtli içkini satan şəxs - Q.Qarayev prospektindəki bazarda topdan satış mağazasının sahibi, Bakı şəhər sakini S.Seyidov saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti