Şirvanda 4 otaqlı, Balakəndə ikimərtəbəli ev yanıb

Şirvanda 4 otaqlı, Balakəndə ikimərtəbəli ev yanıb
  07 Yanvar 2020    Oxunub:1730
Şirvan şəhərində ümumi sahəsi 117 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının döşəməsi 36 m² sahədə yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Balakən rayonunun Qaysa kəndində isə ümumi sahəsi 260 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 220 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti