Hacıqabul və Sabirabadda qəza - 2 nəfər ölüb

  06 Yanvar 2020    Oxunub : 1574
Hacıqabul və Sabirabadda qəza - 2 nəfər ölüb
Hacıqabul və Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, yanvarın 4-də saat 9 radələrində Hacıqabul şəhəri ərazisində şəhər sakini T.Süleymanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanmış “Opel” markalı avtomobili və onun sürücüsü, Bakı şəhər sakini Rəfayel Hüseynovu vurub.

Nəticədə R.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Həmin gün saat 23 radələrində Sabirabad şəhəri ərazisində Suqovuşan kənd sakini N.Əliyev idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən Kürkəndi kənd sakini Müşfiq Vəliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: Hacıqabul   Sabirabad   Qəza