Pantomima Teatrının yanvar repertuarı

Pantomima Teatrının yanvar repertuarı
  06 Yanvar 2020    Oxunub:2348
Azərbaycan Dövlət Pantomima Teatrı ilin ilk ayı maraqlı tamaşalarla çıxış edəcək.
Teatrdan Azvision.az -a verilən məlumata görə, sənət ocağının repertuarında xüsusi yer tutan “Qoca və Mələk” yanvarın 11-də,

“Kişilər və qadınlar” 12-də, “Ağ bığlılar” isə 18-də teatrsevərlərin ixtiyarına veriləcək. Bundan başqa, yanvarın 19-da “Xocalı-bu, olub” tamaşası, 25-də “6+1 nömrəli palata” 26-da isə “Adagio” tamaşaları göstəriləcək.

Səhnə əsərləri bir qayda olaraq saat 18:00-da nümayiş ediləcək.

Şəhanə Rəhimli
Azvision.az



Teqlər: Teatr  





Xəbər lenti