Azərbaycan boksçusundan nokaut

Azərbaycan boksçusundan nokaut
  20 Dekabr 2013    Oxunub:1158
Azərbaycan boksçusu rusiyalı rəqibini nokautla məğlub etdi.
Rusiyanın Xantı-Mansiysk şəhərində həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş boks üzrə Neft Ölkələrinin Dünya Kuboku yarışına start verilib.

AzVision.az Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, yarışın ilk günündə 3 boksçumuz rinqə çıxıb. 56 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdulhəmidov ilk görüşdəcə məğlub olub. London Olimpiadasının iştirakçısı Rusiya boksçusu Sergey Ozanayevə uduzub - 1:2 (27:30, 29:28, 28:29).

İlk dəfə milli komandamızın heyətində yarışa qatılan Kuba əsilli Lorenso Sotomayor ilk qarşılaşmasını qələbə ilə başa vurub. Boksçumuz yerli idmançı Sukias Kuyumçuyanı mübarizədən kənarlaşdırıb. L.Sotomayor 1/4 finalda digər boksçumuz Fərid İsmayılovla qarşılaşacaq.

F.İsmayılov isə 1/8 finalda rusiyalı Farid Alyoşkini texniki nokautla məğlub edib.


Teqlər:





Xəbər lenti