İnyesta daha 5 il "Barselona"da oynayacaq

İnyesta daha 5 il "Barselona"da oynayacaq
  20 Dekabr 2013    Oxunub:1178
İspaniyanın "Barselona" klubu Andres İnyesta ilə 2015-ci ilədək qüvvədə olan müqavilənin müddətini daha 3 il uzadıb.

Trend-in klubun saytına istinadən verdiyi məlumata görə, İspaniya millisinin 29 yaşlı futbolçusu ilə müqavilənin müddəti 2018-ci ilin iyun ayınadək uzadılıb.

Klubun prezidenti Sandro Rosel mətbuat konfransında A.İnyestanın 2018-ci ilədək "Barselona"da qalmasına görə məmnun olduğunu bildirib və bunun azarkeşlər üçün Yeni il hədiyyəsi olduğunu söyləyib.

Qeyd edək ki, ilk dəfə 1996-cı ildə 12 yaşında Kataloniya təmsilçisinin formasını geyinən dünya və Avropa çempionu klubla 21 kubok qazanıb, 479 oyunda isə 48 qol vurub.


Teqlər:





Xəbər lenti