`Baku 2015` bütün dünyada yayımlanacaq

`Baku 2015` bütün dünyada yayımlanacaq
  20 Dekabr 2013    Oxunub:1165
Bakıda keçiriləcək birinci Avropa Oyunlarını “International Sports Broadcasting” şirkəti yayımlayacaq.
Bakı Avropa Oyunları üzrə Əməliyyat Komitəsi (BAOƏK) Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarını yayımlayacaq “International Sports Broadcasting” (ISB) şirkəti ilə çərçivə sazişi imzalayıb.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bu saziş görə, şirkət 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək ilk Avropa Oyunlarını televiziya və onlayn vasitəsilə yayımlayacaq.

On altı gün davam edəcək Avropa Oyunları zamanı İSB yüksək dəqiqliklə gözlənilən 1,200 saatlıq teleyayımı təmin edəcək, bura yarımfinal və finalların canlı yayımı və gündəlik əsas göstəricilər barədə məlumatın verilməsi də daxildir. ISB açılış, bağlanış mərasimlərini və Azadlıq Meydanında təşkil ediləcək axşam əyləncə tədbirlərini də yayımlayacaq.

ISB dünyada idman yayımında özünün üstün və yenilikçi xüsusiyyətlərinə görə tanınır. 1996-cı ildə Manolo Romero tərəfindən əsası qoyulan ISB dünyanın çox saylı aparıcı idman tədbirlərinin teleyayım şirkəti olub. Bura yeddi Olimpiya Oyunları, altı Paralimpiya Oyunları, çoxsaylı dünya çempionatları və dünya kuboku üzrə yarışlar və Pan-Amerika Oyunları kimi tədbirlər daxildir.

Həmçinin ISB 2015-ci il Avropa Oyunları üzrə teleyayım hüquqlarının Avropada və onun hüdudlarından kənarda satışını idarə edəcək qurum olaraq təyin edilib.

Azərbaycanın gənclər və idman naziri, BAOƏK-nın baş icraçı direktoru Azad Rəhimov bildirmişdir ki, hərtərəfli teleyayıma malik olmağımız strategiyamızın mühüm hissəsidir. Biz İSB-ni mükəmməl tərəfdaş kimi görürük. Manolo Romero və onun komandası bizə Avropa idmançılarının çıxışlarını, habelə ölkəmizin tarixini və mədəniyyətini dünya izləyicilərinə nümayiş etdirməkdə yardımçı olacaq.

Manolo Romero deyib ki, “Biz dünyanın bir çox mühüm tədbirlərini yayımlamaq imkanına malik olduğumuz üçün çox xoşbəxtik və həmçinin, tədbirlərin əhatə dairəsinin genişlənməsinə yardımçı olmaq kimi nadir fürsətə malikik. Avropa Oyunları dünyanın növbəti möhtəşəm idman tamaşalarından biri olacaq. Biz bu Oyunları Avropaya və dünyanın qalan hissəsinə yayım edəcək şirkət olaraq seçilməyimizdən və Bakı ilə tərəfdaş olub, onun dinamik və sürətlə inkişafını nümayiş etdirəcəyimizdən qürur duyuruq”.

Qeyd edək ki, Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən yaradılan və 2012-ci ilin dekabrında Bakıda keçirilməsi qərara alınan Avropa Oyunlarında 49 ölkədən 5 mindən artıq idmançı əm azı 18 idman növü üzrə yarışacaq.


Teqlər:





Xəbər lenti