Bakı sakini güllələnərək öldürülüb

Bakı sakini güllələnərək öldürülüb
  28 Dekabr 2019    Oxunub:2935
Bakı şəhərində qətl törədilib.
Daxili İşlər Nazirliyindən (DİN) Azvision.az -a bildirilib ki, dekabrın 27-də saat 8 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Xəyal Cəfərovun odlu silahdan açılmış atəşlə qətlə yetirilmiş meyitinin tapılması barədə Rayon Polis İdarəsinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Mahmudov müəyyən edilərək saxlanılıb. Ondan cinayəti törədərkən istifadə etdiyi kustar üsulla hazırlanmış tapança aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qətl   Cinayət  





Xəbər lenti