Axund və imamlar üçün yeni kitab

Axund və imamlar üçün yeni kitab
  13 Mart 2013    Oxunub:1314
Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) axund və imamlar üçün "Xütbə nümunələri" adlı kitabın təqdimat mərasimi keçirilib.
Qurumun mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumata görə, QMİ-nin Dini Araşdırmalar Mərkəzi tərəfindən 2013-cü ildə çap olunan kitabın ön sözünün müəllifi Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, rəyçi akademik Vasim Məmmədəliyevdir.

615 səhifədən ibarət kitabda müasir dövrün din xadimlərinin dini və dünyəvi biliklərə yiyələnməsi, həmçinin insanlara Vətən sevgisinin daha yüksək səviyyədə aşılanması üçün moizə və xütbələr yer alıb.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, icma rəhbərləri, deputatlar iştirak ediblər.


Teqlər:  





Xəbər lenti