İki nəfərdən tüfəng götürülüb

İki nəfərdən tüfəng götürülüb
  21 Dekabr 2019    Oxunub:2698
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Ucar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında Şahlıq kəndi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Ağdaş rayon sakinləri S.Məmmədovdan və S.Ədilovdan 2 ədəd “İJ-16” markalı tüfəng götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti