Avtobusda qətl törədilməsi barədə xəbər yalan çıxdı

Avtobusda qətl törədilməsi barədə xəbər yalan çıxdı
  21 Dekabr 2019    Oxunub:2892
Bu gün sosial şəbəkə istifadəçilərindən biri Binəqədi rayonu ərazisində hərəkətdə olan marşrut avtobusunda cavan oğlanın gənc bir qızı qətlə yetirməsi barədə status yazıb.
Bakı Şəhər Baş Polis İdarəsindən Azvision.az -a verilən məlumata görə, sosial şəbəkədə yayılan xəbər həqiqəti əks etdirmir.

"Bildiririk ki, nəinki Binəqədi rayonunda, eləcə də paytaxtın digər rayonlarında belə bir hadisə qeydə alınmayıb. Xahiş edirik, məlumat paylaşmazdan əvvəl DİN-in Mətbuat Xidməti ilə dəqiqləşdirilsin".

Azvision.az



Teqlər: BŞBPİ  





Xəbər lenti