Sabunçuda avtobus velosipedçini vuraraq öldürüb

Sabunçuda avtobus velosipedçini vuraraq öldürüb
  21 Dekabr 2019    Oxunub:3934
Dekabrın 20-də saat 13 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində “Daewoo” markalı xətt avtobusu ilə yolun kənarı ilə velosiped sürən qəsəbə sakini Roman Nəsibov vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, sürücü nəqliyyat vasitəsindən düşərək hadisə yerini tərk edib. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Nəsibov orada ölüb.

Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü, paytaxt sakini X.Novruzov saxlanılıb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti