Şəmkirdə istixana, Neftçalada çay evi yanıb

Şəmkirdə istixana, Neftçalada çay evi yanıb
  20 Dekabr 2019    Oxunub:2172
Şəmkir rayonunda yanğın baş verib.
Azvision.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Dəllər Cəyir kəndində ümumi sahəsi 500 m² olan istixananın polietilen üzlüyü 20 m² sahədə və içərisində tutumu 200 litr olan yağ çəni yanıb. İstixananın qalan hissəsi yanğından mühafizə olunub.

Neftçala rayonunun Bankə qəsəbəsində isə ümumi sahəsi 40 m² olan çay evinin içərisində məişət əşyaları 7 m² sahədə yanıb. Çay evi yanğından mühafizə olunub. Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti