Balakəndəki silahlı insidentlə bağlı rəsmi açıqlama

Balakəndəki silahlı insidentlə bağlı rəsmi açıqlama
  19 Dekabr 2019    Oxunub:2984
Dekabrın 18-də saat 20 radələrində Balakən rayonunun Yeni Şərif kəndində yaşayan M.Bağmanovun odlu silahla 4 nəfərə xəsarət yetirməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

M.Bağmanovun evində ov tüfəngindən açdığı atəşlə oğluna, qızına, azyaşlı nəvəsinə və orada qonaq olan qonşusuna xəsarət yetirdiyi müəyyən edilib.

M.Bağmanovun oğlu və qızı xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Görülən tədbirlərlə adam öldürməyə cəhd etməkdə şübhəli bilinən M.Bağmanov saxlanılıb, ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş ov tüfəngi götürülüb. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti