Yeniyetmələrə siqaret satanlar cərimələndi

Yeniyetmələrə siqaret satanlar cərimələndi
  18 Dekabr 2019    Oxunub:2403
Polis əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Nizami RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində iki köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları faktı aşkar edilib

Həmin köşklərin satıcıları – R.Məmmədov və Ə.Qasımov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti