Müxalifət Əsədin qalmasına razılıq verə bilər

Müxalifət Əsədin qalmasına razılıq verə bilər
  18 Dekabr 2013    Oxunub:1295
“Suriya sülh danışıqları Bəşər Əsədin hakimiyyətdə qalması ilə nəticələnə bilər”.
AzVision.az-ın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya müxalifəti koalisiyasında olan mənbələr məlumat verib. Bildirilib ki, Qərb, sülh danışıqlarında Bəşər Əsədin hakimiyyətdən gedəcəyinə əmin deyil və bu danışıqlar Bəşər Əsədin hakimiyyətdə qalması ilə də nəticələnə bilər. Mənbə bildirib ki, keçən həftə Londonda keçirilən “Suriyanın Dostları” iclasında Qərb nümayəndələrindən müxalifətə bildirilib ki, əl-Qaidə və digər radikal qruplaşmalar ölkədə həssas bölgələri ələ keçirib və ona görə, danışıqlar Bəşər Əsədin hakimiyyətdə qalması ilə də nəticələnə bilər.

Suriya müxalifəti koalisiyasının aparıcı üzvlərindən biri qərb tərəfinin mülahizələrini belə işıqlandırıb: “London konfransında qərb dostlarımız bildirdilər ki, Bəşər Əsədin kənarlaşdırılmasına icazə vermək olmaz. Bu, ölkədə anarxiya və gərginliyi daha da artıracaq və radikal islamçılar ölkəyə rəhbər olacaq”.

Xatırladaq ki, iki həftə öncə “İslam Cəbhəsi” adlanan qruplaşma Suriya-Türkiyə sərhədində yerləşən bir sıra hərbi qərargahları və silah anbarlarını ələ keçirib və bu məsələ qərbin narahatlığını artırıb. Suriyada hakimiyyətə qarşı vuruşan qruplaşmaların böyük əksəriyyətinin radikal islamçılar təşkil etdiyi bildirilir.

AzVision.a


Teqlər:





Xəbər lenti