Qaradağda evdən 20 min manat oğurlanıb

Qaradağda evdən 20 min manat oğurlanıb
  16 Dekabr 2019    Oxunub:2081
Qaradağ rayonu ərazisindəki evlərin birindən külli miqdarda pul oğurlanıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 20.000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan H.Vahabov saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti