Evdə köməksiz qalan 2 azyaşlı xilas edilib

  14 Dekabr 2019    Oxunub : 1085
Evdə köməksiz qalan 2 azyaşlı xilas edilib
Bakı şəhərinin Nizami rayonunda 2 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN