Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, Cəlilabad RPŞ və DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının əldə edilmiş məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Naxçıvan şəhər sakini H.Hacıyevin idarə etdiyi “KamAZ” markalı avtomobil Binəqədi rayonu ərazisində saxlanılıb.
Polis əməkdaşları tərəfindən avtomobilin kabinəsinin alt tərəfindəki boşluqdan iki bağlamada çəkisi 1 kiloqram 670 qram heroin aşkar edilərək götürülüb.
Azvision.az