Astarada 3 evdən oğurluq edən şəxs tutuldu

Astarada 3 evdən oğurluq edən şəxs tutuldu
  13 Dekabr 2019    Oxunub:1747
Astara Rayon Polis Şöbəsinə hazırda Rusiya Federasiyasında yaşayan Rinad Talıbova məxsus rayonun Şiyəkəran kəndində yerləşən evdən məişət əşyalarının oğurlanması ilə bağlı müraciət olunub.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Astara rayonunun Şiyəkəran kənd sakini Raqif Mirzəyev olduğu müəyyən edilib. R.Mirzəyev saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı ondan bir bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülüb. Onun ətrafında aparılan əməliyyat tədbirləri ilə R.Mirzəyevin daha 3 həmkəndlisinin evindən və bir çayxanadan oğurluq etdiyi, əsasən sahiblərinin Rusiya Federasiyasında yaşadığı evləri hədəf seçdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti