Bakıda mənzildən qadın meyiti tapılıb

  11 Dekabr 2019    Oxunub : 923
Bakıda mənzildən qadın meyiti tapılıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1974-cü il təvəllüdlü Hüseynova Esmira Vaqif qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN   Mənzil   Meyit