Xaçmazda uşağın əli ətçəkən maşında qaldı

  11 Dekabr 2019    Oxunub : 1171
Xaçmazda uşağın əli ətçəkən maşında qaldı
Xaçmaz rayonunda azyaşlının əli ətçəkən maşında sıxılı vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Azvision.az -a verilən məlumata görə, bu barədə FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri həkim nəzarəti altında azyaşlının əlini ət maşınından çıxarıblar.

Azvision.az

Teqlər: FHN