Görmürəm, eşitmirəm, demirəm – KARİKATURA

   Görmürəm, eşitmirəm, demirəm –    KARİKATURA
  11 Dekabr 2019    Oxunub:16152
Azərbaycan müxalifətinin ən pis cəhətlərindən biri də budur ki, onlar ölkədə olan heç bir yaxşı şeyi GÖRMÜRLƏR, EŞİTMİRLƏR, DEMİRLƏR.
Niyə? Müxalif olmaq məgər ancaq pis şeyləri görmək, pis şeyləri eşitmək və pis şeyləri deməkdirmi? Müxalifət, doğrudanmı, yaxşı heç nəyi təqdir etməməlidir?

Bəli, müxalifətin işi hakimiyyətin səhvlərini tənqid etmək olmalıdır. Burada açar söz “SƏHVLƏRİNİ” kəlməsidir. Hakimiyyəti ucdantutma hər şeyə görə tənqid edəndə, bu, artıq sağlam müxalfətçilik olmur.

Hakimiyyətin məhz SƏHVLƏRİNİ görən və tənqid edən müxalifətin ölkəyə həqiqətən faydası dəyə bilər. Dövləti və onu idarə edənləri sadəcə, pisləmək xətrinə pisləyənlər isə nəinki sağlam, ümumiyyətlə, müxalifət olmaqdan çıxırlar. Onların ciblərindən başqa heç kimə heç bir xeyirləri yoxdur.



Teqlər:





Xəbər lenti