Bakıda "KamAZ" iki tələbənin üstündən keçdi - HADİSƏ ANI (VİDEO)

  Bakıda "KamAZ" iki tələbənin üstündən keçdi -    HADİSƏ ANI (VİDEO)
  11 Dekabr 2019    Oxunub:19484
Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, avtoqəza daş bazarı yaxınlığında, "Dörd yol" deyilən ərazidə qeydə alınıb. Hadisə yerinə cəlb olunmuş YPX müfəttişlərinin bildirdiyinə görə, “KamAZ” markalı yük maşını Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən tələbə qız və oğlanı vurub. Hər iki tələbə maşının altında qalaraq dünyasını dəyişib.

Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb. Yük maşınının sürücüsü saxlanılıb.



Azvision.az



Teqlər: Kamaz   Tələbə   Qəza  





Xəbər lenti