Keçmiş məhkum oğurladığı maşınla tutuldu

Keçmiş məhkum oğurladığı maşınla tutuldu
  10 Dekabr 2019    Oxunub:2023
Dekabrın 8-də saat 15 radələrində Masallı şəhəri N.Nərimanov küçəsindən Çaxırlı kənd sakini N.Gözəlova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunan A.Hüseynov avtomobillə birgə saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti