Ana və iki uşağını vurub qaçan sürücü saxlanıldı

 Ana və iki uşağını vurub qaçan sürücü saxlanıldı
  10 Dekabr 2019    Oxunub:2692
Noyabrın 24-də saat 22 radələrində Nərimanov rayonunun M.Nərimanov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri E.Məmmədova, 5 yaşlı qızı və 4 yaşlı oğlu vurulub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə piyadalar xəstəxanaya yerləşdiriliblər.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2106” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini K.Quliyev müəyyən edilərək saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti