Yanğına görə yol bağlandı, avtobuslar gecikir

Yanğına görə yol bağlandı, avtobuslar gecikir
  10 Dekabr 2019    Oxunub:2860
Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Azvision.az -a verilən məlumata görə, bu səbəbdən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb.

"Sərnişinlərimizdən anlayış göstərmələrini xahiş edirik. Eyni zamanda, sürücülərdən zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələrini tövsiyə edirik", -deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: BNA  





Xəbər lenti