Astarada metadon satan şəxs tutuldu

Astarada metadon satan şəxs tutuldu
  10 Dekabr 2019    Oxunub:2405
Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Təngərüd kənd sakini Səxavət Qasımov narkotik vasitə olan 4 ədəd metadon həbini satarkən saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, saxlanıldıqdan sonra onun üzərinə keçirilən baxış zamanı 447 ədəd metadon həbi aşkar edilərək götürülüb.

S.Qasımov narkotik vasitəni respublika ərazisinə qaçaqmalçılıq yolu ilə keçirmiş İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti