Səhiyyə Nazirliyi: Yanğında 2 nəfər tüstüdən zəhərlənib - Yenilənib

Səhiyyə Nazirliyi: Yanğında 2 nəfər tüstüdən zəhərlənib -  Yenilənib
  10 Dekabr 2019    Oxunub:4254
"Eurohome" tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə 5 təcili tibbi yardım briqadası cəlb olunub.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

***
(09:23)

Səhiyyə Nazirliyi Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarındakı yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Azvision.az-a bildirilib ki, hadisə ilə bağlı saat 08:18-də çağırış daxil olub.

Yanğın yerinə 4 təcili tibbi yardım briqadası yollanıb: "Saat 09:15 üçün təcili tibbi yardım briqadalarına bir nəfər sahibkar müraciət edib. Ona yerində yardım göstərilib".

Aytən Zəhra
Azvision.az


Teqlər: Yanğın   Səhiyyə-Nazirliyi  





Xəbər lenti