Ağdamda 4 otaqlı ev yanıb - Xəsarət alanlar var

Ağdamda 4 otaqlı ev yanıb -    Xəsarət alanlar var
  10 Dekabr 2019    Oxunub:2148
Ağdam rayonunun Mahrızlı kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 2 nəfər xəsarət alıb və 1 nəfər tüstüdən zəhərlənib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti