Qonağı öldürüb, evini yandırdı - Astarada dəhşətli cinayət

   Qonağı öldürüb, evini yandırdı -    Astarada dəhşətli cinayət
  09 Dekabr 2019    Oxunub:3353
Dekabrın 8-də saat 15 radələrində Astara rayonunun Şiyəkəran kəndində yaşayan, əvvəllər Rusiya Federasiyasında qəsdən adam öldürməyə görə məhkum olunmuş S.Əliyevin evində yanğın baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə konstruksiyalar və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra ev sahibinin qonağı olmuş həmkəndlisi Cabir Əliyevin yanmış meyiti tapılıb.

Məhkəmə-tibbi ekspertizası tərəfindən müayinə zamanı meyitin üzərində zorakılıq əlamətləri müəyyən edilib.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən aparılmış istintaq və əməliyyat tədbirləri ilə dekabrın 7-də saat 21 radələrində qeyd edilən evdə C.Əliyevin münaqişə zəminində S.Əliyevə odun parçası ilə, sonuncunun isə ona odun parçası və bıçaqla xəsarət yetirməsi, dekabrın 8-də C.Əliyev öldüyündən isə evini qəsdən yandırıb hadisə yerini tərk edərək xaricə qaçmaq istəməsi müəyyən edilib.

“İsti iz”lərlə həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən S.Əliyev saxlanılaraq istintaq təhvil verilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti