Bakıda avtomobilin banında qadın meyiti tapılıb

  08 Dekabr 2019    Oxunub : 2370
Bakıda avtomobilin banında qadın meyiti tapılıb
Fövqəladə Hallar Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının qarşısında dayanan minik avtomobilinin banından 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1992-ci il təvəllüdlü Ötümova Sevinc İlham qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN