Bakıda evdən qadın meyiti tapılıb

Bakıda evdən qadın meyiti tapılıb
  08 Dekabr 2019    Oxunub:2860
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Verxonostseva Svetlana Borisovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Meyit  





Xəbər lenti