“Priora” yük maşını ilə toqquşub, 2 nəfər ölüb

“Priora” yük maşını ilə toqquşub, 2 nəfər ölüb
  07 Dekabr 2019    Oxunub:2412
Dekabrın 6-da saat 18 radələrində Xaçmaz rayonunun Çarxı kəndi ərazisində kənd sakini Varis Hüseynovun idarə etdiyi “Priora” və Yevlax rayon sakini R.Əliyevin idarə etdiyi “DAF XF380” markalı (yük) avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə V.Hüseynov və sərnişini Rəşid Əliyev hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az




Teqlər: DİN   Qəza  





Xəbər lenti