Kürəkən narkotiki qayınanasının evində gizlətdi

Kürəkən narkotiki qayınanasının evində gizlətdi
  07 Dekabr 2019    Oxunub:3114
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Qaracaəmirli kənd sakini, əvvəllər məhkum olunmuş 25 yaşlı Tural Məmmədli saxlanılaraq polis şöbəsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman üzərindən iki ədəd kibrit qutusunda və bir ədəd ağ rəngli kağız bükümdə ümumi çəkisi 14.672 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində T. Məmmədliyə narkotik vasitə satan şəxsin həmkəndlisi, əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Şəhriyar Rzayev olduğu müəyyən edilib. Onun və qaynanasının evinə baxış keçirilən zaman ümumilikdə 72 ədəd kibrit qutusunda və bir ədəd sellofan torbada ümumi çəkisi 1 kiloqram 200 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunuraq götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti