Qəza yol təsərrüfatına ziyan vurdu - FOTOLAR

Qəza yol təsərrüfatına ziyan vurdu -    FOTOLAR
  07 Dekabr 2019    Oxunub:3470
Bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 36-cı km-də yol-nəqliyyat hadidəsi baş verib.
Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, Bakı şəhəri istiqamətində hərəkətdə olan Qəbələ rayon sakini Maqsud Əliyevin idarə etdiyi 45 BL 581 dövlət nömrə nişanlı VAZ 21043 markalı minik maşını naməlum səbəbdən idarəetmənin itirilməsi nəticəsində kənarları dəmir-beton maneələrlə bağlanmış yol ayrıcına daxil olub.



Xoşbəxtlikdən xəsarət alan olmasa da avtomobilə və yol təsərrüfatına ziyan dəyib. Qəza zamanı yol ayrıcında olan işıq dirəklərinin ikisi yararsız hala düşüb.





Azvision.az


Teqlər: Yol   Qəza  





Xəbər lenti