Astarada qadına qarşı soyğunçuluq edilib

Astarada qadına qarşı soyğunçuluq edilib
  07 Dekabr 2019    Oxunub:2500
Astara şəhər sakini Fəqan Məmmədov mərkəzi bazar ərazisində rayonun Ərçivan qəsəbə sakini P.Zeynalovanın içərisində pul və mobil telefon olan çantasını alaraq qaçıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, faktı törədən şəxs çox da uzağa gedə bilməyib. Belə ki, F. Məmmədov ərazidə xidmət aparan Astara Rayon Polis Şöbəsinin Post Patrul Xidməti tağımının əməkdaşları tərəfindən isti-izlərlə saxlanılıb.

Polis şöbəsinə gətirilən həmin şəxsin üzərindən bir bükümdə narkotik vasitə olan heroin və soyğunçuluq yolu ilə əldə etdiyi 357 manat pul, “İphone” markalı mobil telefon aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN   Astara  





Xəbər lenti