Opera və Balet Teatrında “Şelkunçik” nümayiş olunacaq

Opera və Balet Teatrında “Şelkunçik” nümayiş olunacaq
  07 Dekabr 2019    Oxunub:2759
Dekabrın 25-i və 29-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Şelkunçik” baletinin tamaşası keçiriləcək.
Teatrın mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, hər dəfə Yeni il ərəfəsində teatr bu baleti repertuarına daxil edir. "Şelkunçik" həm kiçik, həm də yaşlı tamaşaçıların böyük maraqla qarşıladıqları və həvəslə seyr etdikləri bir tamaşadır.

P.Çaykovskinin gözəl musiqisi, monumental maraqlı səhnə tərtibatı və kostyumlar tamaşanı daha baxımlı və zəngin edir.

Tamaşalarda balet truppasının aparıcı solistləri - Əməkdar artistlər Nigar İbrahimova, Cəmilə Kərimova, Makar Ferştandt, Samir Səmədov, həmçinin gənc solistlər Timur Oduşev, Yuliya Ferştandt, Faiq Qubadov, Leyla Narimanidze, Dinara Şirinova və b. çıxış edəcəklər.

Dekabrın 25-də keçiriləcək tamaşanı Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı, Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev idarə edəcək.

Dekabrın 29-da baş tutacaq tamaşanın dirijoru isə Dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimovdur.

Azvision.az



Teqlər: Opera   Balet   Teatr  





Xəbər lenti