Axtarışda olan şəxs saxlanılıb

  06 Dekabr 2019    Oxunub : 1247
Axtarışda olan şəxs saxlanılıb
Azərbaycanda axtarışda olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan R.Tağıyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN