Kanalda batan kişinin meyiti tapıldı

  05 Dekabr 2019    Oxunub : 1411
Kanalda batan kişinin meyiti tapıldı
Ağdaş rayonunda naməlum şəraitdə su kanalına düşən 1982-ci il təvəllüdlü Quliyev Sahib Əlikram oğlunun axtarışları başa çatıb.
FHN-dən Azvision.az -a verilən məlumata görə, S. Quliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Azvision.az

Teqlər: FHN