Balakənddə at əti satan şəxs saxlanıldı

Balakənddə at əti satan şəxs saxlanıldı
  05 Dekabr 2019    Oxunub:1964
Balakən Rayon Polis Şöbəsinə rayonun Sarıbulaq kənd sakini, 49 yaşlı Şahin Dibirovun şəhər ərazisindəki yaşadığı evdə mənşəyi məlum olmayan heyvan ətinin satışı ilə məşğul olması barədə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə həmin ünvana baxış keçirilən zaman çəkisi 35 kiloqram olan dərisi soyulmuş halda 1 dəst at cəmdəyinin qalıqları aşkar edilib.

Ətdən nümunələr götürülərək ekspertizaya təqdim edilib. Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti