Evdən 8 minlik oğurluq edən 4 nəfər saxlanıldı

Evdən 8 minlik oğurluq edən 4 nəfər saxlanıldı
  04 Dekabr 2019    Oxunub:1797
Cəlilabad rayonunda evdən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi, Təhlükəsiz Şəhər Xidməti və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də Cəlilabad rayonu ərazisindəki evlərin birindən 265 manat, 800 ABŞ dolları və 6690 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.Xasayzadə, İ.Mikayılov, E.Məmmədov və E.Həsənova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti