Keçmiş məhkum 7 evdən oğurluq etdi

Keçmiş məhkum 7 evdən oğurluq etdi
  02 Dekabr 2019    Oxunub:2156
Tovuz və Şəmkir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayonu ərazisindəki 2 evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş B.Sadıqov Şəmkir rayonu ərazisində saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Şəmkir rayonu ərazisindəki 4 evdən pul və qızıl-zinət əşyaları, 1 mağazadan tütün məmulatı, habelə Gəncə şəhər sakini F.Torkiyevlə birgə daha 1 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Görülmüş tədbirlərlə F.Torkiyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti