Qaradağda zəncirvari qəza: 10-a yaxın şəxs xəsarət alıb

   Qaradağda zəncirvari qəza:    10-a yaxın şəxs xəsarət alıb
  02 Dekabr 2019    Oxunub:2415
Bakının Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun 42-ci kilomertliyində qeydə alınıb

Belə ki, “Lexus” markalı “10 00 325” dövlət nömrə nişanlı avtomobillə “Hyundai” markalı “90 ZV 032” və “Mercedes” markalı “99 GS 623” dövlət nömrə nişanlı maşınlar toqquşub. Qəza zamanı 10 nəfərə yaxın insan xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Azvision.az



Teqlər: Qaradağ   Qəza  





Xəbər lenti